logo

9 ayda "Bakı–Tbilisi–Ceyhan" ilə 22,6 milyon ton neft daşınıb

12:55 12-10-2023 | icon 1351
9 ayda "Bakı–Tbilisi–Ceyhan" ilə 22,6 milyon ton neft daşınıb

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 29 milyon 787,7 min ton neft nəql olunub.

Dövlət Statistika KomitəsindənYeniAvropa-ya bildirilib ki, nəqletmənin 76,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-sentyabr ayları ərzində bu kəmərlə 22 milyon 665,1 min ton neft nəql edilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1 faizini və ya 18 milyon 844,8 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9 faizini və ya 3 milyon 820,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.