logo

Azərbaycan millisində yüksək səviyyəli futbolçu problemi var-Baş məşqçi

11:22 10-10-2023 | icon 1246
Azərbaycan millisində yüksək səviyyəli futbolçu problemi var-Baş məşqçi

“Azərbaycan millisi ilə təcrübəm yaxşı keçir. Biz xeyli inkişaf etmişik”.

YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniya mətbuatına açıqlamasında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan çempionatında əcnəbi futbolçuların çox olması yığmanın işinə kömək etmir: “Keyfiyyətli, yüksək səviyyəli futbolçular baxımından bəzi çətinliklərimiz var”.

O, daha əvvəl baş məşqçisi olduğu Albaniya millisinin hazırkı nəticələrindən də danışıb: “Onların nəticələrinə baxanda özümü xoşbəxt hiss edirəm. Möhtəşəm iş bacardılar və bu, məni çox qürurlandırır. İnanıram ki, Albaniya millisi Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazana biləcək. Qrupda əsas görüş Çexiya ilə olacaq. Daha sonra Moldova və Farer adaları ilə qarşılaşacaqlar. Bu görüşlərin nisbətən asan keçəcəyini düşünürəm. Albaniyanın qrupda birinci olmaq üçün şansı var”.