logo

AZAL Bakı-İstanbul aviareyslərində endirim edib

11:11 10-10-2023 | icon 1330
AZAL Bakı-İstanbul aviareyslərində endirim edib

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) populyar Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi təklif təqdim edir. İndi sərnişinlər sərfəli qiymətlərlə Bakıdan İstanbula və əks istiqamətdə səyahət etmək üçün əla fürsət əldə edirlər.

AZAL-dan YeniAvropa-ya bildirilib ki, əlverişli qiymətlərlə aviabiletləri oktyabrın 10-dan 19-dək əldə etmək mümkündür. Bu ilin noyabrın 1-dən gələn ilin martın 30-da (bayram günləri istisna olmaqla) tarixləri arasında bu biletlərlə səyahət etmək olar.

Bakı-İstanbul-Bakı marşrutu üzrə biletləri 198 avrodan, İstanbul-Bakı-İstanbul marşrutu üzrə isə 226 dollardan başlayan qiymətlərlə əldə etmək olar.

Qeyd edək ki, xüsusi təklif çərçivəsində satılan aviabiletlərin sayı məhduddur, ona görə də bron etmək fürsətini qaçırmayın.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytından və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.