logo

Avropanın qaz anbarları 97 % dolub

12:12 09-10-2023 | icon 1568
Avropanın qaz anbarları 97 % dolub

Avropanın qaz ehtiyatları 97 faizə yaxınlaşır və oktyabrın ortalarında rekord həcmə çatacağı gözlənilir.

YeniAvropa “Gas Infrastructure Europe” assosiasiyasına istinadla xəbər verir ki, oktyabrın 7-də Avropa İttifaqı ölkələrinin yeraltı anbarlarından qaz çıxarılması sutkada 25 milyon kubmetr, anbarlara qaz vurulması isə 213 milyon kubmetr təşkil edib.

Avropanın yeraltı qaz anbarları 96,87 faiz dolub ki, bu da son beş ildə qeydə alınan orta göstəricidən 8,34 faiz çoxdur. Hazırda anbarlarda 106,52 milyard kubmetr qaz var. Avropa ölkələri isitmə mövsümü üçün anbarların 90 faiz doldurulması məqsədinə hələ avqust ayının ortalarında çatıb. Halbuki Avropa İttifaqı bu göstəriciyə yalnız noyabr ayında nail olacağını düşünürdü.

Qeyd edək ki, elektrik istehsalında külək generasiyasının payının artmasına baxmayaraq, hazırda Avropa birjasında mavi yanacağın min kubmetrinin qiyməti 415 dollar təşkil edir. “Qazprom” Ukrayna ərazisindən tranzitlə Avropaya sutkada 40,1 milyon kubmetr qaz satır.