logo

“EURO-2024”: İsrail-İsveçrə oyunu təxirə salınıb

19:36 08-10-2023 | icon 1316
“EURO-2024”: İsrail-İsveçrə oyunu təxirə salınıb

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail - İsveçrə oyununu təxirə salmaq qərarına gəlib.

YeniAvropa xəbər verir ki,  bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Oyun oktyabrın 12-də İsraildə keçirilməli idi. UEFA, həmçinin ölkədə planlaşdırılan digər oyunları da təxirə salıb.

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub. Ölkədə “müharibə vəziyyəti” elan edilib.