logo

AZAL Təl-Əvivə uçuşları bərpa edir

18:28 08-10-2023 | icon 1015
AZAL Təl-Əvivə uçuşları bərpa edir

Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları"(AZAL) Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə AZAL-ıın məlumatında bildirilib.

Qeyd edilib ki, uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.