logo

Dünya çempionatı: Bu gün üç cüdoçumuz tatamiyə çıxacaq

11:21 07-10-2023 | icon 1274
Dünya çempionatı: Bu gün üç cüdoçumuz tatamiyə çıxacaq

Portuqaliyanın Odivelas şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında bu gün fərdi yarışlara yekun vurulacaq.

YeniAvropa xəbər verir ki, sonuncu gündə Azərbaycan millisinin üç cüdoçusu qüvvəsini sınayacaq.

Qadınların mübarizəsində yığmanın iki üzvü tatamiyə çıxacaq. 78 kiloqram çəki dərəcəsində yer alan Nərmin Əmirli mübarizəyə təsnifat mərhələsindən qoşulacaq. Onun ilk rəqibi misirli Aya Qaballa olacaq.

78 kiloqramdan yuxarı çəkidə çıxış edən Nigar Süleymanovanın ilk görüşü də təsnifat mərhələsinə təsadüf edəcək. Cüdoçu bu raundda xorvatiyalı Marselina Vranyeslə qarşılaşacaq.

Kişilərin yarışında isə Ramazan Əhmədov mübarizə aparacaq. 100 kiloqramdan yuxarı çəkidə yarışan idmançı təsnifat mərhələsində tacikistanlı İbrohimjan Elmurodovla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kiloqram) qızıl, Nizami İmranov (60 kiloqram) və Vüqar Talıbov (90 kiloqram) isə gümüş medal qazanıblar.