logo

“Beşiktaş”ın baş məşqçisi istefa verib

13:53 06-10-2023 | icon 1414
“Beşiktaş”ın baş məşqçisi istefa verib

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş istefa verib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlmat yayıb.

Bildirilib ki, 71 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsində İsveçrə təmsilçisi “Luqano”ya İstanbuldakı 2:3 hesablı məğlubiyyətdən sonra bu qərara gəlib. Komandanın Türkiyə Superliqasında da uğurlu çıxış etməməsi çalışdırıcını bu addımı atmağa vadar edib.

Qeyd edək ki, Şenol Günəş 2022-ci ilin oktyabrında “Beşiktaş”ın “sükanı arxası”na keçmişdi.