logo

14 cüdoçumuz “Açıq Asiya” turnirində mübarizə aparacaq

11:44 06-10-2023 | icon 1400
14 cüdoçumuz “Açıq Asiya” turnirində mübarizə aparacaq

Oktyabrın 7-də Qazaxıstanın Aktau şəhərində “Açıq Asiya” turnirinə start veriləcək.

Azərbaycan Cüdo Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, iki gün davam edəcək yarışda milli komandanın 14 üzvü mübarizə aparacaq.

Turnirdə Nurlan Kərimli (60 kiloqram), Babarahim Mirzəyev (60 kiloqram), Qasım Vəlizadə, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kiloqram), Məmmədrza Hacızadə, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kiloqram), İbrahim Ağakişiyev, Əjdər Bağırov, Musa Hüseynli (hamısı 90 kiloqram), Ruslan Nəsirli (100 kiloqram), Camal Feyziyev və İmran Yusifov (hər ikisi +100 kiloqram) qüvvəsini sınayacaq.

İdmançılara yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, böyük performans analitiki Zaur Babayev rəhbərlik edəcək.