logo

Dünya çempionatı: Bu gün beş cüdoçumuz tatamiyə çıxacaq

10:10 04-10-2023 | icon 1372
Dünya çempionatı: Bu gün beş cüdoçumuz tatamiyə çıxacaq

Bu gün Portuqaliyanın Odivelas şəhərində gənc cüdoçular arasında dünya çempionatına start veriləcək.

YeniAvropa xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın millisinin beş üzvü tatamiyə çıxacaq.

Oğlanlar arasında Nizami İmranov (60 kiloqram) və Aydın Rzayev (66 kiloqram), qızlar arasında isə Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva və Xədicə Qədəşova (52 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.