logo

İmişlidə "Mercedes" traktorla toqquşub,1 nəfər ölüb

21:40 03-10-2023 | icon 5656
İmişlidə "Mercedes" traktorla toqquşub,1 nəfər ölüb

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunun İmişli rayonunun Çaxırlı kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili və traktor toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır yaralanıb, sərnişin Çingiz Ağayev isə hadisə yerində ölüb.

Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.