logo

AFFA Hakimlər Komitəsinin sədri Avropa Liqasının oyununa təyinat alıb

14:54 03-10-2023 | icon 1407
AFFA Hakimlər Komitəsinin sədri Avropa Liqasının oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan növbəti təyinat alıb.

YeniAvropa milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində Serbiyada “Baçka Topola” və Yunanıstan “Olimpiakos”u arasında keçiriləcək oyunun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də TSC Arenada baş tutacaq.