logo

Tovuzda idarəetməni itirərən "BMW" yol kənarındakı “KamAZ”a çırpılıb

13:53 03-10-2023 | icon 5250
Tovuzda idarəetməni itirərən "BMW" yol kənarındakı “KamAZ”a çırpılıb

Tovuz rayonunda yol qəzası olub.

YeniAvropa xəbər verir ki, hadisə Tovuzun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, yol kənarında dayanan “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə BMW-nin sürücüsü, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini 25 yaslı Orxan Sadiqov müxtəlif bədən xəsarətləri alaraq, rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Qəza ilə bağlı araşdırma aparılır.