logo

Bir sıra avtobus marşrutları müsabiqəyə çıxarılır

13:13 03-10-2023 | icon 1547
Bir sıra avtobus marşrutları müsabiqəyə çıxarılır

Bir sıra müntəzəm avtobus marşrutları üzrə keçiriləcək müsabiqənin vaxtı açıqlanıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) YeniAvropa-ya bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 15 avqust 2023-cü il tarixində müsabiqəyə təqdim edilən 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili və 169 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları üzrə müsabiqə oktyabrın 9-da keçiriləcək.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.