logo

Türkiyənin bütün ərazisində anti-terror əməliyyatları keçirilir

12:12 03-10-2023 | icon 1694
Türkiyənin bütün ərazisində anti-terror əməliyyatları keçirilir

Türkiyənin təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində “Kahramanlar” kod adı ilə miqyaslı anti-terror əməliyyatına başlayıb.

YeniAvropa xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu barədə özünün sosial media hesabında yazıb.

“Səhər saat 8:30-a (Türkiyə vaxtı ilə) olan məlumata görə, ölkə ərazisində 466 anti-terror əməliyyatı keçirilib. Əməliyyatlara təhlükəsizlik qüvvələrinin 13 min 440 əməkdaşı cəlb olunub. Nəticədə Mersin, Van, Şanlıurfa, Mardin və Aydında 12 terrorçu həbs olunub, Diyarbakır, Qaziantep, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaelidə isə 55 şübhəli saxlanılıb”, - deyə Ali Yerlikaya bildirib.

Qeyd edək ki, Türkiyə ərazisində miqyaslı anti-terror əməliyyatları PKK qruplaşmasının Ankarada Daxili İşlər Nazirliyinin binası qarşısında törətdiyi partlayışdan sonra başlayıb.