logo

Bakıda bu gün NASA-nın mətbuat konfransı keçiriləcək

11:33 03-10-2023 | icon 1477
Bakıda bu gün NASA-nın mətbuat konfransı keçiriləcək

Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi işini davam etdirir.

YeniAvropa xəbər verir ki, Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi və bu iki möhtəşəm bina arasında yerləşən sərgi pavilyonu səhər 10.00-dan axşam 18.00-dək 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçıları üçün açıqdır.

Konqresin ikinci günü müxtəlif mövzularda toplantılar və texniki sessiyalar keçiriləcək.

Bu gün 74-cü Beynəlxalq Astronavtika Konqresinə gələn 20-dək astronavt üçün xüsusi proqram hazırlanıb.

Həmçinin NASA-nın mətbuat konfransı keçiriləcək.