logo

Mərkəzi Bankın valyuta ehtiyatları 9,8 milyard dollara çatır

14:58 02-10-2023 | icon 1603
Mərkəzi Bankın valyuta ehtiyatları 9,8 milyard dollara çatır

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

YeniAvropa  AMB-yə istinadla xəbər verir ki, bu il oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 775,3 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 410,9 milyon dollar çoxdur.