logo

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində

13:43 02-10-2023 | icon 2058
Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində

"Bakcell şirkəti şəbəkəsini Xankəndi şəhərində uğurla istifadəyə verib.

YeniAvropa xəbər verir ki, bu barədəşirkətin məlumatında bildirilib. 

Şirkətdən verilən məlumata əsasən,"Bakcell"in şəbəkəsi Ağdərə və Xocalı da artıq fəaliyyətdədir. Bununla da, şirkətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quraşdırılmış baza stansiyalarının sayı 120-dən yuxarıya çatdırılıb.

Burada quraşdırılmış baza stansiyaları ilə "Bakcell" şirkəti Qarabağ bölgəsində ən müasir səs texnologiyasi olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abonetlərinin ixtiyarına verib.

"Bakcell" şirkəti Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyalarının bu bölgəyə gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcəkdir.