logo

Bakıda növbəti “Baku Fintech-2023”  forumu keçiriləcək

09:09 30-09-2023 | icon 2282
Bakıda növbəti “Baku Fintech-2023”  forumu keçiriləcək

Oktyabrın 26-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Mərkəzi Bank və Azərbaycan Fintex Assosiasiyasının təşkilatçılığı ilə paytaxtda “Baku Fintech Forum 2023” keçiriləcək.

YeniAvropa xəbər verir ki, “Baku Fintech Forum 2023” tədbirində yerli və beynəlxalq fintex liderləri bu sahənin son trendləri, yenilikləri haqqında danışacaqlar. Tədbir müddətində onlar həm də fintex sahəsinin gələcəyi, maliyyə sektorundakı təsirləri haqqında müzakirlər aparacaqlar. Tədbir çərçivəsində “Fintek ekosistemi – gələcəyə baxış”, “Maliyyə sektorunda hüquq və əməkdaşlıq”, “Fintek sahəsinə yatırımlar imkanı”, “Fintek stastaplarının inkişafı”, “Rəqəmsal bank sistemi” mövzularında panel sessiyaları keçiriləcək.

Forumda 300-dən çox sahə üzrə yerli və xarici qonaqlar iştirak edəcək.