logo

Ölkədə quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı açıqlanıb

13:43 29-09-2023 | icon 1351
Ölkədə quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı açıqlanıb

Bu günədək Dövlət Vergi Xidməti tərəfindən ölkə ərazisində 93 min ədəd yeni nəsil nəzarət-kassa (NKA) aparatı quraşdırılıb.

YeniAvropa  Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu tip aparatlardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-cü ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,3 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artım deməkdir.