logo

Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

15:56 27-09-2023 | icon 6076
Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Lənkəranda 35 yaşlı kişinin üzərinə su çəni aşıb. O, aldığı xəsarətlərdən ölüb.

YeniAvropa xəbər verir ki, hadisə rayonunun Nərimanabad qəsəbəsində baş verib. Qəsəbə sakini 1988-ci il təvəllüdlü Elvin Taryel oğlu Əliyev həyətində iş görərkən, ehtiyatsızlıqdan su çəni onun üzərinə düşüb. E.Əliyev xəstəxanaya çatdırılanda, yolda ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.