Gələn ildən dövlət satınalmaları rəqəmsal platformalarla olacaq
Azərbaycanda gələn il yanvarın 1-dən "Dövlət satınalmaları haqqında" yeni qanunun tətbiqi ilə dövlət satınalmaları tamamilə rəqəmsal platformalar vasitəsilə təşkil edilməsi və aparılması nəzərdə tutulur.
YeniAvropa xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.
"Qanun beynəlxalq təcrübəyə uyğun hazırlanıb, bu zaman dövlət təşkilatlarından və bazardan alınmış fikirlər əsasında proseslərin, mənfi məqamların hamısı qiymətləndirilib. Nəticədə yanvarın 1-dən Azərbaycanda dövlət satınalmalarının hamısı rəqəmsal platformalar vasitəsilə aparılacaq. Bunun faydaları böyük olacaq. Biz dövlət satınalmalarına yalnız dövlət vəsaitlərindən səmərəli istifadə yox, həmçinin sahibkarlığın inkişafına dəstək baxımından yanaşırıq. Yeni qanunla tətbiq edilən rəqəmsallaşmanın yalnız əlçatanlıq, şəffaflıq cəhətdən deyil, bir müddətdən sonra dövlət satınalmaları üzrə dərin datanın tətbiqi nəticəsində alternativ, daha effektiv və daha səmərəli həllərin ortaya çıxması baxımından faydalı olacağına inanırıq. Artıq yeni qanuna uyğun olaraq dövlət satınalmalarının elektron platformasının təkmilləşdirilməsinin son mərhələsindəyik. Süni intellekt vasitəsilə dövlət satınalmalarındakı nöqsanların aşkar edilməsi üzrə tərəfdaş şirkətlərlə işləyirik", - deyə o qeyd edib.
M. Abbasbəyli vurğulayıb ki, Dövlət Xidməti həm də rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi üzrə çalışır: "Hər bir sahə üzrə əsas fokusumuz bu sahənin rəqəmsallaşdırılmasıdır. Artıq Dövlət Xidmətinin rəqabət platformasının və keyfiyyət platformasının da formalaşması son mərhələdədir. Bu platformaların d
Norveçli səyyahlar Şuşaya səfər ediblər
NATO-nun baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir
Sabah Bakıda arabir yağış yağacaq,22° isti olacaq
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə olunub
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini qəbul edib
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir
Bakının mərkəzində bu gün su olmayacaq
Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 86,63 dollara satılır
Faktiki hava:Küləkli hava sabah axşamadək davam edəcək
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir