logo

Bakıda avtobusla "OPEL" toqquşub, iki nəfər ölüb

09:29 25-09-2023 | icon 6076
Bakıda avtobusla "OPEL" toqquşub, iki nəfər ölüb

Bakıda avtobusla avtomobil toqquşub, iki nəfər ölüb.

YeniAvropa xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” şadlıq sarayının qarşısında qeydə alınıb.

Üzü Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan, Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Zığ qəsəbəsindən üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan Səfərov Orxan Adil oğlunun idarə etdiyi 187 nömrəli xətt avtobusunun toqquşması nəticəsində "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.