logo

Yerevandakı mitinqdə polis Robert Koçaryanın oğlunu döyüb

15:15 22-09-2023 | icon 3024
Yerevandakı mitinqdə polis Robert Koçaryanın oğlunu döyüb

Cümə günü müxalifətin İrəvanda keçirdiyi etiraz aksiyası zamanı Ermənistanın sabiq prezidenti Robert Koçaryanın polis tərəfindən saxlanılan oğlu Levon xəstəxanaya yerləşdirilib.

YeniAvropa erməni KİV-ə istinadla xəbər verir ki, bu barədə Levon Koçaryanın vəkili Aleksandr Koçubayev məlumat verib. O, sosial şəbəkə hesabında sabiq prezidentin oğlunun xüsusi təyinatlılar tərəfindən döyüldüyünü və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparıldığını yazıb.

Bir müddət öncə isə Ermənistan mediası Levon Koçaryanın avtomobildə polis tərəfindən döydüldüyünü əks etdirən kadrları yayımlayıb.

Ermənistan polisinin məlumatına görə, gün ərzində İrəvanda hökumət əleyhinə keçirilən aksiyaların 84 iştirakçısı saxlanılıb. Onlar hüquq-mühafizə orqanları nümayəndələrinin qanuni tələblərini yerinə yetirməməkdə ittiham olunurlar.

Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın və hökumətinin istefasını tələb edirlər. “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyanın sözlərinə görə, parlamentdəki müxalifət fraksiyası Nikol Paşinyana qarşı impiçment prosesinə təşəbbüs göstərəcək.