logo

UEFA Avropa Liqası:  "Qarabağ”- “Molde” matçı 1:0 hesabı ilə başa çatıb 

22:45 21-09-2023 | icon 2499
UEFA Avropa Liqası:  "Qarabağ”- “Molde” matçı 1:0 hesabı ilə başa çatıb 

UEFA Avropa Liqasının ilk turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” - “Molde” qarşılaşması başa çatıb.

YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qola 57-ci dəqiqədə ağdamlıların heyətində Leandro Andrade imza atıb.

Qeyd edək ki, “Qarabağ” komandası növbəti dəfə UEFA Avropa Liqasının ll turu çərçivəsində səfərdə İsveçrənin “Hakken” klubu ilə qarşılaşacaq.