logo

UEFA Avropa Liqası: “Qarabağ” qrup mərhələsində ilk oyununa çıxır

09:09 21-09-2023 | icon 1568
UEFA Avropa Liqası: “Qarabağ” qrup mərhələsində ilk oyununa çıxır

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” turnirin qrup mərhələsində bu gün ilk oyununu keçirəcək.

 YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də başlayacaq oyunda Norveçin “Mölde” klubu ilə qarşılaşacaq.

Matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim John Beatona, Daniel McFarlane, Douglas Potter yardım edəcək.

Dördüncü hakim funksiyasını isə Matthyu MacDermid yerinə yetirəcək.

H qrupunun digər matçında Almaniyanın "Bayer 04" komandası İsveç "Hakken"ini qəbul edəcək. Bu oyun da eyni saatda start götürəcək.