logo

Putin Qarabağ ətrafında vəziyyətin sülh məcrasına yönələcəyinə ümid edir

15:55 20-09-2023 | icon 3115
Putin Qarabağ ətrafında vəziyyətin sülh məcrasına yönələcəyinə ümid edir

Moskva rəsmi İrəvan və Bakı ilə sıx təmasdadır.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Çinin xarici işlər naziri Van İ ilə görüşü əsnasında bildirib.

RF prezidenti qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda bütün tərəflərlə fəal iş aparır.

Vladimir Putin deyib: “Ümidvaram ki, biz gərginliyin azaldılmasına və bu problemin həllinin sülh məcrasına yönəlməsinə nail olacağıq”.