logo

“Günay Bank”ın əmlakları hərraca çıxarılır

13:03 20-09-2023 | icon 1435
“Günay Bank”ın əmlakları hərraca çıxarılır

Oktyabrın 10-da "Əmlak Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Günay Bank” ASC-nin daşınar əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Məlumatda bildirilib ki, hərraca çıxarılacaq əmlakların sırasında divan, güzgülü paltar dolabı, jurnal masası, kreslo, künc divanı, künc dolabı, iclas masa oturacaqları, iclas masası, masa, sənəd dolabı, dolab, telefon masası, televizor altlığı, “Samsung UE 55” markalı televizor, “Samsung UE 65” markalı televizor, "Monoblok HP Pavilion 27-a155ur", çılçıraq və pərdə yer alıb.

Əmlaklara ümumilikdə 25 075 manat qiymət qoyulub.