logo

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqvimi açıqlanıb

19:31 04-09-2018 | icon 3094
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqvimi açıqlanıb

Sentyabrın 20-27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək cüdo üzrə dünya çempionatının təqvimi müəyyənləşib.

YeniAvropa xəbər verir  ki, çempionatda fərdi yarışlar hər gün saat 10:00-da, medal görüşləri saat 16:00-da başlayacaq.

Yarışın birinci günündə - sentyabrın 20-də 60 kiloqram çəki dərəcəsində kişilər, 48 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxacaqlar. Ertəsi gün kişilər 66, qadınlar isə 52 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar. Çempionatın üçüncü günündə - sentyabrın 22-də 73 kiloqram çəki dərəcəsində kişilər, 57 kiloqram çəki dərəcəsində qadınlar medallar uğrunda yarışacaqlar. Bir gün sonra kişilər 81, qadınlar 63 kiloqram çəki dərəcələrində Bakı mundialında mübarizə aparacaqlar. Yarışın beşinci günündə - sentyabrın 24-də 90 kiloqram çəki dərəcəsində kişilər, 70 kiloqram çəki dərəcəsində qadınlar dünya çempionu adı uğrunda güclərini sınayacaqlar. Ertəsi gün kişilər 100, qadınlar 78, sentyabrın 26-da isə kişilər 100 kiloqramdan yuxarı, qadınlar isə 78 kiloqramdan yuxarı çəki dərəcələrində yarışacaqlar. Mundialın sonuncu günündə - sentyabrın 27-də qarışıq komanda yarışları təşkil olunacaq.

Digər günlərdən fərqli olaraq çempionatın sonuncu günündə yarışlar saat 9:00-da start götürəcək.