logo

Dünya çempionatı:Qadın güləşçimiz bürünc medal  üçün yarışacaq

12:59 19-09-2023 | icon 1211
Dünya çempionatı:Qadın güləşçimiz bürünc medal  üçün yarışacaq

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb.

 YeniAvropa xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı macarıstanlı Tamara Dollakla qarşılaşıb.

Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn A. Kolesnik bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan güləşçisinin üçüncü yer uğrunda görüşdəki rəqibi ABŞ-ı təmsil edən Cennifer Rocers olacaq.