logo

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin oyunları start götürür

11:33 19-09-2023 | icon 1071
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin oyunları start götürür

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin matçlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının görüşləri baş tutacaq.

E qrupunda Niderland “Feyenoord”u Şotlandiya “Seltik”ini, İtaliya “Latsio”su İspaniya “Atletiko”sunu qəbul edəcək.

F qrupunda İngiltərə “Nyukasl”ı İtaliyada “Milan”ın, Almaniyanın “Borussiya” (Dortmund) klubu Fransada PSJ-nin qonağı olacaq.

G qrupunda Almaniyanın “Leyptsiq” komandası İsveçrədə “Yanq Boyz”la, “Mançester Siti” isə İngiltərədə Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

Nəhayət, H qrupunda İspaniya çempionu “Barselona” doğma meydanda Belçika “Antverpen”ini, Ukrayna “Şaxtyor”u isə Portuqaliyanın “Portu” komandasını sınağa çəkəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

19 sentyabr

E qrupu

23:00. “Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya)

23:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya)

F qrupu

20:45. “Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə)

23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

G qrupu

20:45. “Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya)

23:00. “Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)

H qrupu

23:00. “Barselona” (İspaniya) – “Antverpen” (Belçika)

23:00. “Şaxtyor” (Ukrayna) – “Portu” (Portuqaliya)

Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sentyabrın 20-də keçiriləcək.