logo

Laçında baş verən qəzada iki nəfər ölüb

11:01 19-09-2023 | icon 6965
Laçında baş verən qəzada iki nəfər ölüb

Sentyabrın 19-da saat 9 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.Qeyd edilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Araşdırma aparılır.