logo

Xocavənddə yük maşını minaya düşüb,2 nəfər ölüb

09:00 19-09-2023 | icon 7007
Xocavənddə yük maşını minaya düşüb,2 nəfər ölüb

Sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, “Azəravtoyol” ASC-yə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar.

Araşdırma aparılır.