logo

"AZAL"dan Tbilisi, İstanbul və Dubaya endirimli qiymətlər

14:14 14-09-2023 | icon 1645
"AZAL"dan Tbilisi, İstanbul və Dubaya endirimli qiymətlər

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) ən populyar istiqamətlər - Tbilisi, İstanbul və Dubaya xüsusi aksiyaya başlayır. Bu təklif sərnişinlərə uçuşun rahatlığı və keyfiyyətindən, eləcə də münasib qiymətlərdən istifadə etmək üçün unikal imkan yaradır.

AZAL-dan YeniAvropa-ya bildirilib ki, Tbilisiyə aviabiletin bir istiqamətə dəyəri cəmi 90 AZN-dən başlayaraq, gediş-gəliş isə 180 AZN-dən başlayaraq təşkil edir. Bu, Gürcüstanın gözəlliyindən, zəngin irsindən və gözəl memarlığından zövq almaq üçün əla fürsətdir.

Ən populyar turizm şəhərlərindən olan İstanbula səyahət bir tərəfə 174 AZN-dən başlayaraq, gediş-gəliş isə 347 AZN-dən başlayan qiymətə başa gələcək. Qeyd edək ki, İstanbula uçuşlar Sabiha Gökçen Beynəlxalq Hava Limanına həyata keçiriləcək ki, bu da sərnişinlərin səfərləri zamanı rahatlığını təmin edəcək.

Dubaya səyahət etmək arzusunda olanlar üçün isə AZAL bir tərəfə 237 AZN-dən başlayaraq, gediş-gəliş aviabiletini - 437 AZN-dən başlayaraq təklif edir. Bu kosmopolit şəhərə baş çəkin və onun dəbdəbəsindən zövq alın.

Xüsusi təklif noyabrın 1-i fevralın 29 arasında aviabiletlər üçün keçərlidir.

Aviabiletləri “Azərbaycan Hava Yolları”nın www.azal.az saytından və ya aviaşirkətin rəsmi kassalarından əldə etmək mümkündür. Qeyd edək ki, bu təklif məhdud saydadır.