logo

Şimali Koreya liderii Rusiyaya Vladimir Putinlə görüşə gəlir

09:29 12-09-2023 | icon 3206
Şimali Koreya liderii Rusiyaya Vladimir Putinlə görüşə gəlir

Koreya Xalq Demokratik Respublikasının(KXDR) lideri Kim Çen Inı aparan qatar Rusiyaya çatıb.

YeniAvropa "Yonhap" agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın hərbi qurumları açıqlama yayıb. Bu, Kim Çen Inın COVID-19 virusu yayılmağa başlayandan sonra xaricə ilk səfəridir.

Qeyd edək ki, ötən gün rəsmi Pxenyan KXDR lideri Kim Çen Inın Rusiyaya səfərini təsdiqləyib. Ölkənin rəsmi xəbər agentliyi Kim Çen Inın Rusiya prezidenti Vladimir Putin ilə görüşəcəyini açıqlayıb.