logo

Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi 300 milyon dollara çatır-Səfir

13:53 11-09-2023 | icon 1785
Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi 300 milyon dollara çatır-Səfir

Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan və Qazaxıstan arasında sıx əlaqələr mövcuddur və onlar gündən-günə dərinləşir. Əminliklə söyləmək olar ki, son illər iki ölkə arasında münasibətlər dövlət başçılarının qarşılıqlı səfərləri sayəsində keyfiyyətcə yeni mərhələyə yüksəlib.

YeniAvropa xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev sentyabrın 11-də “Azərbaycan və Qazaxıstan arasında münasibətlər Qazaxıstan prezidentinin xalqa müraciəti prizmasından” mövzusunda Bakıda keçirilən tədbirdə bildirib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel isə qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq ildən-ilə genişlənir. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu da qeyd edib. Səfirin sözlərinə görə, təkcə son 4 ay ərzində Qazaxıstandan bir sıra yüksəkvəzifəli şəxslər, o cümlədən Qazaxıstan Majilisinin (parlamentin aşağı palatası) nümayəndələri, Baş nazir, habelə iqtisadiyyat və mədəniyyət nazirlərinin Azərbaycana səfərləri həyata keçirilib.

Səfir vurğulayıb ki, iqtisadi-ticari əlaqələr hər iki ölkə üçün mühüm sahələrdir. Belə ki, ötən il Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsi 40 faiz artaraq 450 milyon ABŞ dollarına çatıb. Cari ilin altı ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 300 milyon dollara yaxınlaşıb. Xüsusən, bu il Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqlinə başlanılıb