logo

Azərbaycan taekvondoçusu “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

11:24 30-12-2017 | icon 2548
Azərbaycan taekvondoçusu “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Taekvando üzrə Azərbaycan milli komandasının və “Qəbələ” idman klubunun üzvü Milad Beigi Hərçeqani dekabrın 30-da Çində başlayan “Böyük dəbilqə” seriyalı turnirdə bürünc medal qazanıb. YeniAvropa xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda norveçli Riçard Andre Ordemanna 29:22 hesabı ilə qalib gəlib. Ardınca rusiyalı Maksim Xramtsova 6:19 hesabı ilə məğlub olan taekvondoçumuz üçüncü yer uğrunda döyüşdə rusiyalı Anton Kotkov ilə görüşüb. Rəqibindən 17:7 hesabı ilə üstün olan təmsilçimiz yarışı bürünc medalla başa vurub.