FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb.
YeniAvropa AFFA-ya istinadən bildirir ki, azərbaycanlı referi sentyabrın 6-da futbol üzrə 21 yaşadək Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupu çərçivəsində keçiriləcək İslandiya–Estoniya oyununun baş hakimi olacaq. Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.