Sentyabrın 20-dən 27-dək Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı keçiriləcək.
YeniAvropa xəbər verir ki, artıq 133 ölkə mundialda iştirakını təsdiqləyib.
Bakıda 828 cüdoçu tatami üzərinə çıxacaq.
Dünya çempionatında ölkəmizi 9 kişi və 6 qadın cüdoçu təmsil edəcək.
Qeyd edək ki, dünya çempionatına bilet satışı davam edir. Yarış üçün biletləri “ASAN xidmət” mərkəzlərindən, şəhərimizin bütün kassalarından, eləcə də onlayn qaydada “iTicket.az” saytından almaq olar.
Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq səhər yarışları üçün 1,5, VIP yerlərə 25, final mərhələsi üçün isə 2 və 10, VIP yerlərə 50 manatdır.
Çempionatda 150-dək ölkədən cüdoçuların iştirakı gözlənilir. Dünya çempionatının təntənəli açılış mərasimi sentyabrın 20-də saat 15:00-da keçiriləcək.