logo

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş ofisi Daşkənddə, nümayəndəliyi isə Bakıda yerləşəcək

14:41 08-09-2023 | icon 2275
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş ofisi Daşkənddə, nümayəndəliyi isə Bakıda yerləşəcək

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş ofisi Daşkənddə, nümayəndəliyi isə Bakıda yerləşəcək.

YeniAvropa xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, Sazişin adında "Azərbaycan-Özbəkistan İnvestisiya Fondu" sözləri "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ("Fondu") sözləri ilə əvəz edilib.

Sənədə əsasən, fondun baş ofisi Daşkənd şəhərində, nümayəndəliyi isə Bakı şəhərində yerləşəcək.