logo

Yeni təhsil ilinə yeni nömrə ilə!

16:06 07-09-2023 | icon 1778
Yeni təhsil ilinə yeni nömrə ilə!

“Azercell Telekom” yeni təhsil ilinin başlanması münasibətilə “Yeni Dərs ili 2023” kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində sentyabrın 7-dən etibarən lider mobil operator 010 prefiksli seçilmiş seriyalardan nömrələrə ilk dəfə olaraq endirim tətbiq edəcək.

Müştərilər www.azercellim.com saytına keçid edib 010 380 seriyalı fakturasiz xətt (SimSim) və ya 010 223 seriyalı fakturalı xətt nömrələri arasından seçdikləri istənilən nömrəni 30% endirimlə əldə edə biləcəklər. Kampaniya  oktyabrın 31-dək davam edəcək.

Qeyd edək ki, lider mobil operatorun təqdim etdiyi texnoloji yeniliklərdən biri olan onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkündür. İlk dəfə olaraq nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiksli nömrəni seçib dərhal rəsmiləşdirmək imkanına malikdir.