logo

Moskva vilayətindən Azərbaycana quş əti ixracı 56 % artıb

14:14 06-09-2023 | icon 1841
Moskva vilayətindən Azərbaycana quş əti ixracı 56 % artıb

Bu ilin 7 ayı ərzində Moskva vilayətindən Azərbaycana ixrac edilən quş ətinin həcmi artıb.

YeniAvropa xəbər verir ki, bu barədə Moskva vilayəti Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi məlumat verib.

Bildirilir ki, bu il Moskva vilayətindən Azərbaycana göndərilən quş ətinin həcmi 56 faiz artıb. Vilayətdən quş əti idxal edən ölkələr arasında ilk yerləri Çin, Belarus və Qazaxıstan tutur. Göstərilən dövr ərzində Özbəkistana quş əti ixracı 122 faiz, Serbiyaya isə 82 faiz artıb.