logo

“Azərkosmos” İtaliyada Beynəlxalq Konqresində təmsil olunub

13:13 06-09-2023 | icon 1764
“Azərkosmos” İtaliyada Beynəlxalq Konqresində təmsil olunub

Sentyabrın 4-dən 7-dək İtaliyada keçirilən  Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində "Azərkosmos"  da təmsil olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” məlumat yayıb.

Tədbirin açılış günündə ölkəmizdə kosmik sahənin inkişafı, fəaliyyəti və gələcək planları, həmçinin oktyabrın 2-6-da paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında iştirakçılara məlumat verilib.

Eyni zamanda səfər çərçivəsində “Rete Innovativa Regionale Aerospace Innovation and Research - RIR AIR” (Aerokosmik İnnovasiyalar və Tədqiqatlar) qurumunun idarə heyəti ilə görüş keçirilib və kosmik sənaye, həmçinin 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında məhsuldar fikir mübadiləsi aparılıb.