logo

Qubada "Hyundai" çaya aşdı:Ölən və yaralananlar var

10:30 05-09-2023 | icon 6685
Qubada "Hyundai" çaya aşdı:Ölən və yaralananlar var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb.

Qəza nəticəsində maşındakı Göyçay sakini olan qadın sərnişin dünyasını dəyişib. Sürücü və başqa bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.