logo

“Qarabağ”ın AvroLiqa qrup mərhələsindəki rəqibləri bəlli oldu

15:55 01-09-2023 | icon 1764
“Qarabağ”ın AvroLiqa qrup mərhələsindəki rəqibləri bəlli oldu

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

YeniAvropa xəbər verir ki, Fransanın Monako şəhərində təşkil olunan mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olub.

Püşkatmaya ikinci səbətdən qatılan Ağdam təmsilçisi Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Haken” komandaları ilə birlikdə H qrupunda mübarizə aparacaq.

Avropa Liqası

A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya)

B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan)

C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr)

D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa)

E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa)

F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan)

G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə)

H qrupu: Bayer” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Haken” (İsveç)

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək.