logo

"Qarabağ" 8-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

22:44 31-08-2023 | icon 1666
"Qarabağ" 8-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

"Qarabağ" komandası səkkizinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi cari mövsüm bu uğura turnirin pley-off mərhələsində Sloveniyanın "Olimpiya"sını iki oyunun nəticəsinə (səfərdə 2:0, evdə 1:1 hesabı görə məğlub etməklə nail olub.

"Köhlən atlar" bu nəticə ilə Azərbaycan futbolu tarixində özünəməxsus rekordu yeniləyib.

Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl 2014/2015, 2015/2016, 2016/2017, 2018/2019, 2019/2020, 2020/2021 və 2022/2023-cü illər mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.