logo

Bu il 52 min tələbə ali məktəblərə qəbul olub

16:26 31-08-2023 | icon 8211
Bu il 52 min tələbə ali məktəblərə qəbul olub

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən 51941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

YeniAvropa xəbər verir ki, bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinin qəbul planı 93,94 faiz dolub.

Sentyabrın 4-dən 9-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcək.