logo

UEFA “Qarabağ”a 200 min avro ödəyib

15:55 31-08-2023 | icon 1659
UEFA “Qarabağ”a 200 min avro ödəyib

UEFA 2023/2024 mövsümündə avrokuboklarda iştirak edən “Qarabağ” klubuna ödəniş edib.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinə 200 min avro verilib. Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, qitə futbol qurumu bu mövsüm Çempionlar Liqası və Avropa Liqasında iştirak edən bütün klublara ödəniş edib.