logo

FIFA və UEFA azərbaycanlı futbolçunun vəfatı ilə bağlı başsağlığı verib

13:33 31-08-2023 | icon 1561
FIFA və UEFA azərbaycanlı futbolçunun vəfatı ilə bağlı başsağlığı verib

FIFA və UEFA milli komandamızın sabiq futbolçusu Şəhriyar Rəhimovun vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumlarının rəhbərliyi adından Azərbaycan futbol ailəsinə başsağlığı verilib.

Qeyd edək ki, Şəhriyar Rəhimov avqustun 25-də - 34 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib. O, 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb. Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.