logo

"Trabzonspor" Azərbaycan çempionatında çıxış edəcək

17:34 30-08-2023 | icon 1547
"Trabzonspor" Azərbaycan çempionatında çıxış edəcək

Futzal üzrə Birinci Liqanın 2023/2024-cü illər mövsümündə iştirak edəcək komandaların adları müəyyənləşib.

YeniAvropa Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə 12 komanda qalib adı uğrunda yarışacaq.

Bunlar “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa” və “Bakı” MFK klublarıdır.

Qeyd edək ki, oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Liqada mövsümə oktyabrda start veriləcək.